Konqres Rusiya və İrana qarşı sanksiyalar tətbiq edir - (VİDEO)

Konqres Rusiya və İrana qarşı sanksiyalar tətbiq edir  - (VİDEO)
  18 May 2017    Oxunub:2200
ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar nəzərdə tutan qanun layihəsini qəbul edib. AzVision.az "Gazeta.ru"-ya istinadən xəbər verir ki, bunu palatanın spikeri Pol Rayan bəyan edib.
“Bəşər Əsədin insanlığa qarşı cinayətləri cavabsız qala bilməz. Yeni sanksiyalarla biz Suriya rejimi, eləcədə Əsədin əsas himayədarları olan Rusiya və İrana qarşı təzyiqi artıracağıq”, - deyə Rayan vurğulayıb.

Senat razılıq verdikdən sonra qanun layihəsi sənəd imzalanması üçün prezident Donald Trampa göndəriləcək.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: ABŞ   Konqres  





Xəbər lenti