Ermənistanda “sehirli qələm”lər peyda olub - Görünməmiş seçki saxtakarlığı (FAKTLAR)

Ermənistanda “sehirli qələm”lər peyda olub - Görünməmiş seçki saxtakarlığı (FAKTLAR)
  17 May 2017    Oxunub:14170
Ermənistanda “Yelk” blokunun ərizəsi əsasında 7 saylı Dairə Seçki Komissiyasının 7/51 seçki məntəqəsində səsvermənin nəticələri yenidən hesablanıb.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu seçki məntəqəsində 148 bülleten etibarsız olaraq qeydə alınıb. Blok hesab edir ki, bir məntəqədə bu qədər etibarsız bülletenin olması real deyil.

Etibarsız bülletenlərin olduğu qutu açıldıqdan sonra orada həqiqətən 148 bülleten aşkar edilib. Lakin onların böyük əksəriyyəti, təxminən 100-nün boş olması maraq doğurub. David Xajakyan və Vaaqn Ovakimyan boş bülletenləri ətraflı nəzərdən keçirdikdən sonra məlum olub ki, seçki bülletenində işarələrin izi olub, sonradan isə mürəkkəb itib.



David Xajakyan güman edir ki, bu, sonrdan itən mürəkkəbli qələmlərin istifadəsinin nəticəsi ola bilər. Vaaqn Ovakimyanın sözlərinə görə, boş bülletenlər maddi sübut kimi qorunmalıdır. Çünki, onlar prokurorluğa müraciət üçün əsas ola bilər. Belə ki, yox olan mürəkkəblı qələmin seçki məntəqəsinə gətirilməsi cinayət məsuliyyəti yaradır. Bülletenlərdə namizəd Nikola Paşinyanın xeyrinə qoyulan işarə kvadratın hüdudlarından kənara çıxdığı üçün etibarsız sayılması da blok nümayəndələri tərəfindən etirazla qarşılanıb.

“Yelk” blokunun səlahiyyətli nümayəndəsi Vaaqn Ovakimyan bildirib ki, bülletendə bir namizədin qarşısında işarənin kənara çıxması onun etibarsız hesab edilməsinə gətirib çıxara bilməz.



O, qeyd edib ki, seçici iradəsi aydın görünür və digər namizədlərin adının qarşısında işarə olmadığı üçün bülleten etibarlı sayılmalıdır. Araşdırma zamanı blokun xeyrinə səsə verən və etibarsız hesab edilən 19 bülleten aşkar edilib. Daha sonra etibarlı bülletenlərin olduğu qutu açılıb.



Həmin bülletenlərdə də anoloji vəziyyət müşahidə edilib. Belə ki, etibarlı hesab edilən bülletenlərin içərisində bir neçəsi işarə qoyulduğu halda sonradan mürəkkəb itib. Bu bülletenlər də etibarsız hesab edilib. Nəticədə, etibarsız bülletenlərin sayı 151-dək artıb.

Qeyd edək ki, həmin məntəqədə səsvermədə 566 seçici iştirak edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Seçki  





Xəbər lenti