"Qadınların açıq-saçıq geyiminin əleyhinəyəm" - Hicablı atletimiz

"Qadınların açıq-saçıq geyiminin əleyhinəyəm" - Hicablı atletimiz
  17 May 2017    Oxunub:6044
"Bütün çətinlikləri ram etdik və qızıl medal qazandıq"
AzVision.az xəbər verir ki, bunu "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında ağır atletika üzrə yeni rekordlar əldə edərək qızıl medal qazanan idmançımız Anastasiya İbrahimli bu gün keçirilən mətbuat konfransında deyib.

O, İslam Həmrəyliyi Oyunlarına çox yaxşı hazırlaşdıqlarını bildirib: "Oyunlara çox yaxşı hazırlaşmışdıq. Əvvəlcədən nəticəni müəyyənləşdirmək olmur. Amma bütün çətinlikləri ram etdik və qızıl medal qazandıq".

İbrahimli körpücük üzərinə hicabla çıxmasının mesaj və ya həyat tərzi olduğuna dair suala belə cavab verib:

"İslam mənim dinimdir. Artıq bir neçə ildir hicab geyinirəm. Düşünürəm ki, qadının idmançı olub-olmamağından asılı olmayaraq o, qapalı geyinməlidir. Mən qadınların açıq-saçıq geyiminin əleyhinəyəm".

Xatırladaq ki, A.İbrahimli 69 kq çəki dərəcəsində qızıl medala sahib çıxıb. O, İslam Həmrəyliyi Oyunları tarixində bu çəkidə birdən qaldırma hərəkətində bir, təkanla qaldırma hərəkətində 2, toplamda 2, ümumilikdə isə 5 rekord yeniləyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İslamiada   Bakı-2017  





Xəbər lenti