Bu gün 3000-dən çox şagird imtahan verir

Bu gün 3000-dən çox şagird imtahan verir
  16 May 2017    Oxunub:1176
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ölkənin 29 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan şagirdlər üçün Azərbaycan dili və riyaziyyat fənlərindən monitorinq imtahanı keçirəcək.
DİM-dən AzVision.az-a verilən məlumata görə, imtahanlar Naxçıvan, Ordubad, Şərur, Gəncə, Şəmkir, Göygöl, Qazax, Ağstafa, Tovuz, Mingəçevir, Şəki, Qəbələ, Qax, Bərdə, Ağcabədi, Göyçay, Zərdab, Ağdaş, İsmayıllı, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Biləsuvar, Saatlı, Lənkəran, Cəlilabad, Quba, Xaçmazda olacaq.

Monitorinq imtahanlarında 117 məktəb üzrə 3438 şagirdin iştirakı nəzərdə tutulub. İmtahan saat 10:00 da başlanacaq. Əvvəlcə riyaziyyat, sonra isə Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək. Riyaziyyat fənni üzrə imtahan 1 saat, Azərbaycan dili fənni üzrə isə 45 dəqiqə davam edir.

Xatırladaq ki, monitorinq imtahanları Bakı və Sumqayıt şəhərlərində mayın 23-də keçiriləcək.

AzVision.az



Teqlər: DİM   İmtahan  





Xəbər lenti