Ötən gün 63 cinayət faktı qeydə alınıb

Ötən gün 63 cinayət faktı qeydə alınıb
  16 May 2017    Oxunub:916
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 63 cinayət faktı qeydə alınıb, onların da 11-i “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 13 nəfər tutulub.

AzVision.az


Teqlər: DİN   Polis   Kriminal   Həbs  





Xəbər lenti