Tanınmış azərbaycanlı alim vəfat edib

Tanınmış azərbaycanlı alim vəfat edib
  15 May 2017    Oxunub:9172
Moskvada tanınmış azərbaycanlı yazıçı, tarixçi və şərqşünas alim Əbdül Hüseynov vəfat edib.
Tanınmış yazıçı ömrünün 92-ci ilində dünyasını dəyişib.

Qeyd edək ki, Əbdül Ənbi oğlu Hüseynov 1925-ci il, oktyabrın 27-də Bakıda anadan olub. Əbdül Hüseynov yeddi monoqrafiyanın, 20-dən çox tarixi povest və romanın, 7 bədii film ssenarisinin, sosial-iqtisadi problemlərə və mədəniyyətə dair 500-dək məqalənin, kinofilmlərə yazılmış çoxsaylı resenziyaların müəllifidir. “Səlahəddin”, “Mustafa xanın xəzinəsi”, “Əkinçi taxtda”, Ə.Xaqaninin həyatına həsr olunmuş “Şirvanlı zəvvar”, “Abşerondan Ontarioyadək”, “Arzamaslı qız”, “Biz əslən Bakıdanıq” və oxucuların maraqla qarşıladıqları bir sıra digər tarixi romanlar və povestlər onun qələminə məxsusdur. Onun əsərləri ingilis, alman, fransız, ispan və ərəb dillərinə tərcümə edilərək, Azərbaycanda, İranda, Türkiyədə, Kanadada, Bolqarıstanda, Monqolustanda və Rusiyada çap olunmuşdur. O, “Yılmaz Günel”, “Mövsün Ərtoğrul”, “Türk kinosu” və sair monoqrafiyaların müəllifidir.

Ə.Hüseynovun təkcə yaradıcılığı deyil, həyatı da Azərbaycanla bağlıdır. Moskvada və Bakıda çapdan çıxmış “XX əsrin 100 nəfər tanınmış azərbaycanlısı” kitabı buna əyani sübutdur. Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Ə. Hüseynov həm də Ümumrusiya Azərbaycan Konqresi və Azərros Federal Milli Mədəni Muxtariyyətinin Mərkəzi Şuralarının üzvü də olub. (APA)

AzVision.az



Teqlər: Alim   Əbdül-Hüseynov  





Xəbər lenti