Ramil Usubov vətəndaşları qəbul edəcək

Ramil Usubov vətəndaşları qəbul edəcək
  10 May 2017    Oxunub:1294
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 27-də saat 10:00-da Bərdə Rayon Polis Şöbəsində Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
AzVision.az xəbər verir ki, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

AzVision.az


Teqlər: DİN   nazir   qəbul  





Xəbər lenti