Bir gündə 46 nəfər həbs edilib

Bir gündə 46 nəfər həbs edilib
  09 May 2017    Oxunub:1506
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 102 cinayət faktı qeydə alınıb, onların da 27-si “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 26 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər tutulub.

AzVision.az


Teqlər: DİN   Polis   Cinayət   Kriminal   Həbs  





Xəbər lenti