Ötən gün 67 cinayət faktı qeydə alıb

Ötən gün 67 cinayət faktı qeydə alıb
  08 May 2017    Oxunub:1085
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 67 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər tutulub.

AzVision.az


Teqlər: DİN   Cinayət   Həbs   Kriminal  





Xəbər lenti