Qarqar çayında mina tapılıb

Qarqar çayında mina tapılıb
  08 May 2017    Oxunub:1388
Ağcadəbi rayonu Muğanlı kəndində Qarqar çayına baxış keçirilib, 1 ədəd tank əleyhinə mina (TM-62M) mina aşkar edilib, daşınması mümkün olmadığına görə partlayış yolu ilə yerində zərərsizləşdirilib.
Bu barədə AzVision.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 08 may 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 9 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 160 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5 618 ədəd partlamamış hərbi sursat, 115 ədəd tank əleyhinə mina və 13 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 2 698 984 kv.m ərazi (583 545 kv.m əl ilə, 800 300 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 1 202 139 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

AzVision.az


Teqlər: ANAMA   mina  





Xəbər lenti