Hərbi orkestrlər konsert verəcək

Hərbi orkestrlər konsert verəcək
  08 May 2017    Oxunub:1810
Faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə Silahlı Qüvvələrin orkestrlərinin çıxışları olacaq.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, çıxışlar mayın 9-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində baş tutacaq.

Orkestrlər Dənizkənarı Milli Parkda (Azadlıq meydanın qarşısındakı fəvvarələrin önündə), milli parkın "Azneft" meydanı qarşısındakı Dövlət Bayrağının önündə, Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında, Zərifə Əliyeva parkında, Zabitlər parkında, Fəvvarələr meydanında çıxış edəcəklər.

Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran, və Qusar şəhərlərində də mayın 9-u Faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti