İrəvan sakini qəbiristanlıqda qətlə yetirilib

İrəvan sakini qəbiristanlıqda qətlə yetirilib
  06 May 2017    Oxunub:1263
İrəvan qəbiristanlığında kişi cəsədi tapılıb.
AzVision.az erməni KİV-lərinə istinadən bildirir ki, hadisə yerinə gedən istintaq-əməliyyat qrupu Şahumyan-2 məzarlığında naməlum kişi meyitinin olduğunu müəyyən edib.

Meyitə baxış keçirilərkən onun üzərində xəsarət izləri aşkar edilib.

Hadisənin kriminal qruplaşmalar arasında baş verən toqquşmalar nəticəsində baş verdiyi ehtimal edilir. Meyiti tapılan şəxsin kriminal aləmə yaxın olduğu bildirilir.

Hadisə ilə bağlı cinayət işi açılıb.



Şahin Qocayev
AzVision.az


Teqlər: İrəvan   Meyit  





Xəbər lenti