Siqaret qaçaqmalçılığının qarşısı alınıb

Siqaret qaçaqmalçılığının qarşısı alınıb
  04 May 2017    Oxunub:1382
Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi "VAZ -21012" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
AzVision.az-ın DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin salonunda ayaqaltılarının altından və arxa oturacağın içərisində xüsusi düzəldilən gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilən, üzərində aksiz markası olmayan 3800 ədəd "Wİnston XS" və 1600 ədəd "Parliament Aqua Blue" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK   siqaret  





Xəbər lenti