Gəncə ilə Kutaisi arasında əməkdaşlıq möhkəmlənir

Gəncə ilə Kutaisi arasında əməkdaşlıq möhkəmlənir
  04 May 2017    Oxunub:1775
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Kutaisi şəhərinın meri Şota Murquliyanın dəvəti ilə “Kutaisi Günləri” tədbirində iştirak etmək ücün 2017-ci il 2 aprel tarixində Kutaisi şəhərinə səfər edib.
Tədbirdə həmcinin, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycanın Batumidəki Baş konsulu Rəşad İsmayılov da iştirak edib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısının rəhbərlik etdiyi nümayəndə heyətinə Milli Məclisin deputatı Naqif Həmzəyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov və Gəncə Tibb kollecinin direktoru Mehman Rzayev daxil olub.

Şota Murquliya, Gəncə şəhəri ilə Kutaisi şəhəri arasında 1996-ci ildə əsası qoyulmuş mehriban dostluq və əməkdaşlıq əlaqələrinin bu gün uğurla davam etdirildiyini bildirib, bu əlaqələrin davamı olaraq dəvəti qəbul edib Kutaisi şəhərinə səfərə gəldiyinə görə Gəncə şəhər İcra Hakimiyyətinin başçısına təşəkkür edib.

"Bizim əlaqələrimiz-qardaşlıq əlaqəsidir", - deyən Elmar Vəliyev vurğulamışdır ki, biz bundan sonra da Azərbaycan-Gürcüstan əlaqələrinin tərkib hissəsi kimi Gəncə-Kutaisi əlaqələrinin davamlı olmasına və digər sahələrdə də inkişaf etdirilməsinə səyimizi artıracağıq.

Qonaq dedi ki, hər iki şəhər arasında həyata keçirilən qarşılıqlı səfərlər, Gəncə və Kutaisi şəhərləri arasında əməkdaşlığa dair memorandumun imzalanması öz bəhrəsini vermiş, ötən dövrdə əlaqələr sürətlə inkişaf etmişdir.

Şəhər rəhbərləri ikitərəfli əlaqələrin inkişaf etdiriləcəyini, gələcək əməkdaşlığın və dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində səylərini birləşdirəcəklərini bildiriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti