Ermənistanda məhbuslara işgəncə verilir

Ermənistanda məhbuslara işgəncə verilir
  03 May 2017    Oxunub:1119
Ermənistanın “Nubarashen” həbsxanasında məhbus Q.Edik və İrəvan sakini X.Vahan işgəncələrə məruz qalıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Edik adlı şəxs ona açılan cinayət işi çərçivəsində Ermənistan polisinin cinayət axtarış idarəsinin əməkdaşı tərəfindən təzyiqlərə məruz qaldığını bildirib. Məhbusun şəxsi əşyaları, 35 min dram pulu da götürülüb.

Digər cinayət işi İrəvan şəhər sakini X.Vahanın məlumataları əsasında açılıb. Məlumata görə, onu Şenqavit polis bölməsinə apardıqdan sonra, orada işgəncə veriblər.

Məhbusa xəsarət yetirən polislər ondan özü və yoldaşları tərəfindən istifadə edilməyən narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətləri üzərinə götürməyi tələb ediblər.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti