“Əli Kərimli insan ölümündən şou düzəldir”

“Əli Kərimli insan ölümündən şou düzəldir”
  02 May 2017    Oxunub:2012
“Şəxsən mən bu günə qədər belə bir şəxsin varlığından xəbərdar deyildim. İndi Əli Kərimli yazır ki, “məşhur blogger” Mehman Qələndərovun ölümündə müəmmalar var. Haradadır onun bloqu, Əli Kərimli göstərsin, biz də baxaq görək, bugünə qədər hansı yazıları yazıb?!”
Bu sözləri təcridxanada dünyasını dəyişmiş Mehman Qələndərovla bağlı radikal müxalifəti təmsil edən şəxslərin yaydıqları fikirlərə münasibət bildirərkən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib. O, bildirib ki, hadisədən sonra Mehman Qələndərovun feysbuk səhifəsinə nəzər salıb və onun maddi sıxıntısının, borclarının olması haqda yazılar paylaşdığını görüb:

“Əli Kərimli rəhmətlik Mehman bəyin ölüm hadisəsindən siyasi şou yaratmağa cəhd edir. Azərbaycanın imicini korlamaq istəyir. Guya bu adamın həyatına qəsd olunduğu görüntüsünü yaratmağa çalışır. Çox gülünc bir iddiadır. Mehman Qələndərovu cəmiyyətdə tanınan bir fiqur deyildi. Belə bir adam hakmiyyətə niyə təhlükə törədir ki? Əgər elədirsə, 14 ildir bütün günü ağzına və ağlına gələni danışan Əli Kərimli niyə bugünə qədər sağdır?! Məntiqlə o, çoxdan həyatı ilə vidalaşmalı idi axı...”



Teqlər:





Xəbər lenti