Sarkisyan meydanı "vor zakon"lara verib

Sarkisyan meydanı "vor zakon"lara verib
  02 May 2017    Oxunub:4285
Ermənistanda 2 aprel seçkisindən əvvəl kriminal qruplaşmaların üzvləri həbsdən azad edilib. AzVision.az xəbər verir ki, bu barədə “Joğovurd” məlumat verib. Heç kimə sirr deyil ki, Ermənistanda keçirilən seçkilərin "təşkili" zamanı kriminal ünsürlər ciddi rola malik olub.
Onlar seçki məntəqələri ətrafında Respublikaçıların xeyrinə səslərin toplanması üçün seçicilərə müxtəlif üsullarla təsir göstəriblər. Bununla yanaşı, hakimiyyət orqanları həbs edilən şəxslərin siyahısını tərtib edib, onların bir hissəsini Respublikaçıların xeyrinə səs vermək üçün azadlığa buraxıb.
Aparılan sorğu nəticəsində aydın olub ki, 2016 və 2017-ci ilin fevralın 1-dən martın 31-ə kimi həbs edilən məhbusların bir hissəsi şərti, əfv və digər yollarla azadlığa buraxılıb.

Ötən il 79 nəfər, bu il isə 112 nəfər azadlığa buraxılıb. Bundan başqa “Joğovurd”un verdiyi məlumata görə, bu il 19 nəfər vaxtından əvvəl azad edilib, 3 nəfərin isə günahı bağışlanıb.

KİV Respublikaçıların hakimiyyəti xalqın irədəsi ilə deyil cinayətkar elemetlərlə, kriminal vasitələrlə formalaşdırdığını bildirir. Təsadüfi deyil ki, Ermənistan "qanuni oğrular"ın toplantı keçirməsi üçün azad ölkəyə çevrilib və dünyanın müxtəlif kriminal nümayəndələri bu və ya digər şəkildə Ermənistan hakimiyəti ilə sıx təmaslara malikdirlər.

Şahin Qocayev
AzVision.az



Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti