ABŞ kəşfiyyatçısı İŞİD-çi ilə evlənib - Dünya bu hadisədən danışır

ABŞ kəşfiyyatçısı İŞİD-çi ilə evlənib - Dünya bu hadisədən danışır
  02 May 2017    Oxunub:7820
ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşı Daniela Qrin Suriyada İŞİD terror qruplaşmasının üzvü Denis Kaspert ilə ailə qurub. AzVision.az xəbər verir ki, FTB-də Qrinə İŞİD terror qruplaşmasının üzvü barədə araşdırmalarda iştirak etmək tapşırılıb.
FTB-nin tərcüməçisi olan Qrin rəhbərliyə getmək istədiyi yer barədə yalan məlumat verərək Kaspertə onun haqqında araşdırma aparılması barədə məlumat ötürüb. Bundan sonra onlar arasında qarşılıqlı etibar yaranıb və cütlük 2014-cü ildə ailə həyatı qurublar. Lakin KİV-lərə bu barədə yalnız indi məlumat daxil olub. Bu olay geniş rezonans doğurub.

Bundan sonra Qrin ABŞ-a qayıdıb və həbs edilib. Qrin hökumətlə əməkdaşlıq etməyə razılaşıb. Məhkəmə onun barəsində 2 il həbs cəzası qərarı verib. Ötən il yayda Qrin azadlığa buraxılıb.

Qeyd edək ki, Denis Kaspert ABŞ Dövlət Departamentində əsas təhlükəli beynəlxalq terrorçuların siyahısında olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   İŞİD  





Xəbər lenti