Bazar günü 63 cinayət faktı qeydə alınıb

Bazar günü 63 cinayət faktı qeydə alınıb
  01 May 2017    Oxunub:1171
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 63 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən (DİN) AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər tutulub.

AzVision.az


Teqlər: DİN   Kriminal   Cinayət   Həbs  





Xəbər lenti