"Heç bir dövlət jurnalistlər üçün bina tikmir" - İlham Əliyev
Onun sözlərinə görə, Bibiheybətdə yaşıllıqlar salındı, ağaclar əkildi, eyni zamanda, neft buruqları da öz fəaliyyətini davam etdirir: “Burada belə gözəl neft məktəbi, idman şəhərciyi, Su İdmanı Sarayı yaradıldı, bax, o binalar jurnalistlər üçün tikilmişdir. Hesab edirəm ki, bu da nadir təşəbbüsdür. Heç bir başqa ölkədə dövlət jurnalistlər üçün bina tikmir. Bu binalarda yaşayan və yaşayacaq jurnalistlər müxtəlif mətbu orqanların nümayəndələridir, burada mənzillərin bölgüsü də püşkatma yolu ilə aparılıb, yəni, ədalət və obyektivlik tam təmin edilib”.
Dövlət başçısı əlavə edib ki, Bibiheybət ekoloji fəlakət zonasının abadlaşdırılması, təmizlənməsi bir daha onu göstərir ki, biz qara qızıl kapitalını insan kapitalına qoyuruq.
AzVision.az
Teqlər: Prezident İlham-Əliyev