Ermənistanda növbəti vəhşilik: Vətəndaş qəfəsdə saxlanılır

Ermənistanda növbəti vəhşilik: Vətəndaş qəfəsdə saxlanılır
  01 May 2017    Oxunub:1833
Ermənistanın “Armavir” həbsxanasında məhkumlardan biri qəfəsdə saxlanılır.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə müstəqil müşahidəçilər qrupu məlumat yayıb.

Ədliyyə Nazirliyinin cəzaçəkmə müəssisələrində və orqanlarında ictimai nəzarət həyata keçirən müşahidəçilər qrupu qeyd edir ki, insanı qəfəsdə saxlamaq insan hüquqlarının pozulması və qeyri-insani rəftardır.

Hadisə ilə əlaqədar müşahidəçilər qrupu Ermənistanın Ədliyyə Nazirliyini məlumatlandırıb və məhkumu qəfəsdən azad etməklə kamerada onun üçün xüsusi şərait yaratmağa çağırıb.

Elşad Novruzov
AzVision.az


Teqlər: Ermənistan   Həbsxana   Məhbus  





Xəbər lenti