Cocuq Mərcanlıda tank əleyhinə mina aşkarlanıb

Cocuq Mərcanlıda tank əleyhinə mina aşkarlanıb
  30 Aprel 2017    Oxunub:922
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 30-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1867 ədəd qəlpə, 1 ədəd tank əleyhinə TM-57 minası aşkar ediblər.
Hərbi sursat zərərsizləşdirilməsi üçün götürülüb. Ümumilikdə 48 min 400 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-dan bildiriblər ki, 72 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. Otuz altı partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 2 milyon 508 min 760 kvadratmetr ərazi yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Agentlik tərəfindən yanvarın 1-dən aprelin 30-dək 5 142 ədəd partlamamış hərbi sursat, tank əleyhinə 109 mina və piyada əleyhinə 12 mina aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 2 milyon 567 min 964 kvadratmetr ərazi yoxlanılıb.

AzVision.az


Teqlər: Cocuq-Mərcanlı  





Xəbər lenti