Qarabağda erməni əsgəri yaralanıb

Qarabağda erməni əsgəri yaralanıb
  30 Aprel 2017    Oxunub:3165
Qarabağda yaralanan erməni hərbçi Tatul Arutunyanın vəziyyəti ağırdır.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məlumat yayıb.

Bildirilib ki, 19 yaşlı Arutunyan Xankəndi hospitalından Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi kliniki hərbi hospitalına aparılıb.

Erməni KİV-lərinin yaydığı məlumata görə, Tatul Arutunyan aprelin 17-də saat 18:20 radələrində işğal altındakı ərazilərimizdə yerləşən erməni qoşunlarının şimal istiqamətindəki mövqeyində yaralanıb.

AzVision.az


Teqlər: Qarabağ  





Xəbər lenti