Təyyarə qəzasında ölənlərin sayı açıqlandı - Yenilənib

Təyyarə qəzasında ölənlərin sayı açıqlandı - Yenilənib
  30 Aprel 2017    Oxunub:7729
Kuba İnqilabi Silahlı Qüvvələr Nazirliyinə məxsus An-26 hərbi təyyarəsinin qəzaya uğradığı təsdiqlənib.
TASS-ın verdiyi xəbərə görə, şənbə günü səhər saatlarında baş vermiş qəza nəticəsində ekipaj üzvləri də daxil olmaqla, 8 hərbçi həlak olub.

Nazirliyin komissiyası hazırda qəzanın səbəblərini araşdırır.

***
(00:07)

Kubada baş verən təyyarə qəzasında sərnişinlərin hamısının öldüyü iddia edilir.

NTN24 telekanalının yaydığı məlumata görə, qəzadan heç kim sağ çıxmayıb. Telekanal xəbər veri ki, qəza zamanı sərnişinlər daxil olmaqla ekipaj üzvlərinin hamısı həlak olub.

***
(23:40)
Kubada radarlardan itən "An-26" tipli sərnişin təyyarəsinin qəzaya uğradığı məlum olub.

AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Pinar-del-Rio vilayətində baş verib.

"Aerogaviota" aviaşirkəti xəbəri təsdiq edib. Ölən və yaralıların dəqiq sayı bilinmir.

Məlumata görə, təyyarənin göyərtəsində 39 nəfər olub. Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Qeyd edək ki, bir qədər əvvəl təyyarənin radardan itməsi haqda məlumat yayılmışdı.

AzVision.az


Teqlər: Təyyarə   Qəza   Kuba  





Xəbər lenti