Rusiyalı general Ermənistana səfər edib

Rusiyalı general Ermənistana səfər edib
  30 Aprel 2017    Oxunub:1702
Rusiya Cənub Hərbi Dairəsinin komandanı, general-polkovnik Aleksandr Dvornikovun başçılığı etdiyi nüamyəndə heyəti aprelin 26-dan 28-dək Ermənistanda səfərdə olub.
AzVision.az-ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Dvornikov Gümrüdə 102 saylı hərbi bazaya və İrəvanda yerləşən hərbi aviasiya bazasına baş çəkib.

Rusiyalı general, həmçinin Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi, general-leytenant Movses Hakopyanla görüşüb.

Şahin Qocayev
AzVision.az


Teqlər: Rusiya   Ermənistan   General  





Xəbər lenti