Ötən günün kriminal xronikası

Ötən günün kriminal xronikası
  30 Aprel 2017    Oxunub:1246
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 92 cinayət faktı qeydə alınıb, onların da 22-si “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 39 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər tutulub.

AzVision.az


Teqlər: DİN   Polis   Cinayət   Həbs  





Xəbər lenti