Cocuq Mərcanlıda raket tapılıb - FOTO

Cocuq Mərcanlıda raket tapılıb - FOTO
  30 Aprel 2017    Oxunub:1356
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 1 291 ədəd qəlpə, 3 ədəd partlamamış hərbi sursat (2 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT) və 1 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi) aşkar edərək zərərsizləşdirmək üçün götürüb.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, gün ərzində ümumilikdə 45 830 kv.m ərazi (2 720 kv.m əl ilə, 12 200 kv.m mexaniki üsulla və 30 910 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.





AzVision.az


Teqlər: Cocuq-Mərcanlı  





Xəbər lenti