“Ermənilər raketlə öz PUA-larını vurublar”

“Ermənilər raketlə öz PUA-larını vurublar”
  29 Aprel 2017    Oxunub:4838
Ermənistanda olan “OSA” tip texnika çoxdan köhnəlib və raketləri də artıq istismar müddətini başa vurub.
AzVision.az xəbər verir ki, bunu ehtiyatda olan polkovnik Kamal Hüseynov düşmən tərəfinin “OSA” zenit raket kompleksindən istifadə etməsi, ondan buraxılan raketin heç bir hədəfə dəymədən boş əraziyə düşməsini şərh edərək bildirib. Onun sözlərinə görə, erməni tərəfi hələ bir neçə il əvvəl bu modifikasiyadan olan raketlərin modernləşdirilməsinə cəhd göstərmişdi:

“Lakin sonradan özlərinin də etiraf etdiklərinə görə maliyyə problemləri ucbatından onlar bu planı həyata keçirə bilmədilər. Məndə olan məlumata görə, raketin birinin boş əraziyə düşməsi bir tərəfə, peşəkarlıq və bacarıq səviyyələri “həmişə yüksək olan” erməni hərbçiləri digər raketlə öz pilotsuz uçuş aparatlarını da məhv ediblər”.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: Cəbhə   DağlıqQarabağ  





Xəbər lenti