Suriya və İraqda 89 PKK-çı öldürüldü

Suriya və İraqda 89 PKK-çı öldürüldü
  29 Aprel 2017    Oxunub:1177
Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı Hərbi Hava qüvvələrinin İraqın şimalındakı Sincar və Suriyanın şimalındakı Karaçok dağlarında yerləşən terrorçuların hədəflərinə qarşı 25 apreldə həyata keçirilən hava hücumunun nəticələrinə dair məlumat yayıb.
AzVision.az-ın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, hava zərbələri nəticəsində Sincar və Karaçok dağı bölgəsindəki PYD/YPG/PKK düşərgələrində 4-ü səhra komandiri olmaqla 89 terrorçu zərərsizləşdirilib.

Hava əməliyyatı zamanı ümumilikdə 90-dan çox terrorçu yaralanıb. Yaralılar müalicə məqsədilə İraqın şimalındakı xəstəxanalara aparılıb.

AzVision.az




Teqlər: Türkiyə   Suriya   PKK  





Xəbər lenti