Türkiyədə “Wikipedia” qadağan edildi - Terrora dəstək verir

Türkiyədə “Wikipedia” qadağan edildi - Terrora dəstək verir
  29 Aprel 2017    Oxunub:4079
Türkiyə rəhbərliyi “Wikipedia” resursuna girişi bloklayıb. AzVision.az xəbər verir ki, bu barədə “Hurriyet” qəzeti məlumat yayıb.
“İnformasiya Texnologiyalar və Rabitə Şurası 5651-ci qanuna əsasən apardığı texniki və hüquqi qiymətləndirmə nəticəsində aprelin 29-dan “Wikipedia” internet ensiklopediyasına qarşı administrativ tədbirlərin görülməsi barədə qərar qəbul edib”, - deyə qəzetin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Türkiyə rəhbərliyi tərəfindən “Wikipedia” resursuna girişinin bloklanmasına səbəb dünyanın ən böyük internet ensiklopediyasının terrora dəstək verməsidir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Türkiyə   Wikipedia  





Xəbər lenti