Tomas de Vall: "Azərbaycan ATƏT-in təkliflərinə veto qoyub"

Tomas de Vall: "Azərbaycan ATƏT-in təkliflərinə veto qoyub"
  29 Aprel 2017    Oxunub:2373
"ATƏT tənqid olunur, ancaq bu qurum Dağlıq Qarabağ münaqişəsi zonasında monitorinq aparan yeganə təşkilatdır"
AzVision.az xəbər verir ki, bu barədə Karnegi fondunun elmi işçisi, Cənubi Qafqaz üzrə ekspert Tomas de Vall “Taleyin ironiyası: ATƏT ən çox lazım olduğu vaxtda tənqid olunur” başlıqlı məqaləsində yazıb.

“ATƏT 2014-cü ildə Ukraynanın şərqində neytral inam qazanmağa müvəffəq oldu. Bu qurum Dağlıq Qarabağ münaqişəsi zonasında monitorinq aparan yeganə təşkilatdır”, - deyə Tomas de Vall vurğulayıb.

Müəllif vurğulayır ki, ATƏT-in İrəvandakı ofisi hüquqi vakuum şəraitində işləyir. Onun sözlərin görə, buna səbəb Azərbaycanın ATƏT-in təkliflərinə veto qoymasıdır.

“Azərbaycan tərəfi bəzi təkliflərə veto qoyub. Bəyan edib ki, ATƏT Dağlıq Qarabağda əraziləri minalardan təmizləməyə kömək etməklə öz səalhiyyətlərini artıra bilər. ABŞ və digər ölkələr rəsmi Bakını mövqeyini dəyişməyə çağırıb. Ümid var ki, yaxın vaxtlarda vəziyyət dəyişəcək”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ATƏT   Azərbaycan   İrəvan  





Xəbər lenti