Azərbaycan Premyer Liqası başa çatır

Azərbaycan Premyer Liqası başa çatır
  29 Aprel 2017    Oxunub:3971
Bu gün Azərbaycan Premyer Liqasında XXV mövsümə yekun vurulacaq.
AzVision.az-ın məlumatına görə, mövsümün sonuncu turunun bütün oyunları bu gün keçiriləcək.

Bu oyunlardan sonra Avropa Liqasına vəsiqə verən 4-cü yerin sahibi bəlli olacaq.

Böyük ehtimal ilə “Qarabağ” “Qəbələ” və “İnter”dən sonra avrokuboklara vəsiqə qazanan digər komanda “Zirə” olacaq. Bunun üçün “Zirə” səfərdə autsayder AZAL-a uduzmamalıdır.

“Kəpəz”in də Avroliqaya vəsiqə qazanmaq şansı qalır. Belə ki, “Zirə” rəqibinə məğlub olsa, “Kəpəz” ev oyununda “İnter”ə böyük hesabla qalib gəlsə vəsiqə qazana bilər.

Mövsümün digər son oyunlarında isə "Sumqayıt” "Qəbələ”ni qəbul edəcək, “Qarabağ” isə “Neftçi”nin qonağı olacaq.


29 aprel (şənbə)
Azərbaycan Premyer Liqası
XXVIII tur

16:00. "Kəpəz” – "İnter”

16:00. "Sumqayıt” – "Qəbələ”

16:00. AZAL – "Zirə”

17:00. "Neftçi” – "Qarabağ”


AzVision.az


Teqlər: Azərbaycan   Futbol   Klub  





Xəbər lenti