Ermənistanda 3 rektor həbs edildi

Ermənistanda 3 rektor həbs edildi
  29 Aprel 2017    Oxunub:2000
Ermənistanda 3 özəl ali məktəbin rektoru saxta diplomların verilməsində təqsirli bilinib.
AzVision.az “news.am”-a istinadən xəbər verir ki, bunu Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzinin rəsmisi Samson Qalstyan deyib. Onun sözlərinə görə, faktla bağlı açılmış 3 cinayət işindən 2-i üzrə materiallar artıq məhkəməyə göndərilib.

“İstintaq sürətləndirilmiş qaydada aparılıb. Üçüncü iş üzrə araşdırmalar da yekunlaşmaq üzrədir".

Ermənistan MTX-nın bundan əvvəl yaydığı məlumatda bildirilib ki, üç özəl universitet həmin məktəblərə gəlməyən və tədris prosesində iştirak etməyən, bir sıra hallarda isə imtahan verə bilməyən tələbələrə saxta diplomlar verib. Diplomlar nəinki Ermənistan, həm də İran, ABŞ, Gürcüstan, Rusiya, Özbəkistan və İsrail vətəndaşlarına verilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   diplom  





Xəbər lenti