"Əvvəlki həyatım üçün darıxıram" - Tramp

"Əvvəlki həyatım üçün darıxıram" - Tramp
  29 Aprel 2017    Oxunub:1593
ABŞ prezidenti Donald Tramp prezident olmadan öncəki həyatı barədə danışarkən Ağ Evdə yeni işinin gözlədiyindən daha çətin olmasına təəccübləndiyini deyib.
Ağ Evdə "Reuters" agentliyinə müsahibə verən Tramp keçmiş həyatını sevdiyini deyib.

"Əvvəlki həyatım üçün darıxıram", - deyə Tramp bildirib.

Qeyd edək ki, Tramp 100 gündən çoxdur ki, prezident vəzifəsini yerinə yetirir.

AzVision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti