Putin Merkellə Soçidə görüşəcək

Putin Merkellə Soçidə görüşəcək
  28 Aprel 2017    Oxunub:1010
Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkellə mayın 2-də Soçidə görüşəcək.
AzVision.az Kremlin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə Minsk razılaşmalarının həyata keçirilməsi, terrorizmlə mübarizə, Yaxın Şərq və eləcə də beynəlxalq problemlər müzakirə olunacaq.

Bundan başqa, liderlər enerji sahəsində əməkdaşlığı, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə ikitərəfli münasibətlərin cari vəziyyətini və perspektivlərini müzakirə edəcək.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Rusiya   Almaniya  





Xəbər lenti