Pirallahıda su olmayacaq

Pirallahıda su olmayacaq
  28 Aprel 2017    Oxunub:1651
Bakı şəhəri Pirallahı qəsəbəsinin içməli su ilə təchizatında məhdudiyyətlər olacaq.
"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, məhdudiyyət mayın 1-i saat 09:00-dan etibarən gün ərzində olacaq. Buna səbəb qəsəbəni içməli su ilə təmin edən Zirə-Pirallahı magistral su xətti üzərində yeni birləşmənin aparılmasıdır.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

AzVision.az


Teqlər: Azərsu  





Xəbər lenti