Həmkarı İlham Əliyevi təbrik edib

Həmkarı İlham Əliyevi təbrik edib
  28 Aprel 2017    Oxunub:1304
Monqolustan prezidenti Saxiaqiyn Elbeqdorj Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AzVision.az-ın xəbərinə görə, məktubda deyilir:

“Zati-aliləri cənab Prezident. Monqolustan ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Əminəm ki, Monqolustan ilə Azərbaycan arasında dostluq əlaqələri və əməkdaşlıq nəinki ikitərəfli, eyni zamanda, beynəlxalq və regional səviyyələrdə genişlənəcək. Zati-aliləri, Sizə möhkəm cansağlığı, əmin-amanlıq, dost Azərbaycan xalqına rifah arzulayıram”.

AzVision.az


Teqlər: İlham-Əliyev   Monqolustan   Azərbaycan  





Xəbər lenti