Ermənilər mövqelərimizə zenit raketi atdılar - (VİDEO)

Ermənilər mövqelərimizə zenit raketi atdılar - (VİDEO)
  28 Aprel 2017    Oxunub:7344
Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirir.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumatda deyilir ki, aprelin 27-də axşam saatlarında Ermənistan hava hücumundan müdafiə bölmələri tərəfindən cəbhənin Xocavənd-Füzuli istiqamətində “OSA” zenit raket kompleksindən buraxılan idarəolunan raket heç bir hədəfə dəymədən nəzarətimizdə olan ərazidə boş sahəyə düşüb.

Əraziyə baxış keçirilərək 9M33M2 tipli raketin başlıq hissəsi və digər qalıqları tapılaraq götürülüb.

İlkin araşdırma Ermənistan silahlı qüvvələrinin silahlanmasında olan raketlərin köhnə və istismara yararsız olduğunu göstərib.





AzVision.az


Teqlər: Cəbhə   Qarabağ   Müdafiə-Nazirliyi  





Xəbər lenti