Ermənistan həbsxanasında müəmmalı ölüm - Video

Ermənistan həbsxanasında müəmmalı ölüm - Video
  28 Aprel 2017    Oxunub:1492
Ermənistanın Ədliyyə Nazirliyinə məxsus "Hrazdan" həbsxanasında ölüm hadisəsi baş verib.
AzVision.az “Joğovurd”a istinadən xəbər verir ki, 10 ay həbsdə olan Vardenis şəhəri sakini 42 yaşlı Rafayel Tadevosyan müəmmalı şəkildə ölüb.

O, cinayət aləmində “Memir Rafo” adı ilə tanınıb. 42 yaşlı məhbusun ölümü müxtəlif məsələlərin aşkar edilməsinə zəmin yaradıb.

Belə ki, Tadevosyan 2016-cı ilin iyunun 9-dan həbsdə olub. Onun adı Sotk qızıl mədənindəki oğurluqda hallanıb. Maraqlıdır ki, məlum skandalda Ermənistanın bir sıra yüksək vəzifəli şəxslərinin adları da hallanıb.

Məhz bu "razborkalar" nəticəsində Rafayel Tadevosyana qarşı qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham irəli sürülüb və cinayətə görə Rafael Tadevosyan ən azı beş il azadlıqdan məhrumetmə cəzası ilə üzləşib.

Nəticədə cinayət işi başa çatmamış "Hrazdan" Penitensiar şöbəsində 10 ay həbsdə olan Rafael Tadevosyan müəmmalı şəraitdə ölüb. Onun ölümünün Sotk qızıl mədənindəki oğurluqda adı hallanan məmurlar tərəfindən təşkil edildiyi istisna edilmir.



Şahin Qocayev
AzVision.az



Teqlər: Ermənistan   Həbsxana   Ölüm  





Xəbər lenti