Müdafiə nazirinin müavini Moskvada səfərdədir

Müdafiə nazirinin müavini Moskvada səfərdədir
  26 Aprel 2017    Oxunub:1118
Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 26-27-də Moskva şəhərində keçirilən VI Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edir.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, Rusiya Müdafiə Nazirliyi tərəfindən təşkil olunan beynəlxalq konfransda 78 ölkənin nümayəndələrinin iştirakı ilə qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunur.

Plenar iclaslarda beynəlxalq terrorizmə, o cümlədən Yaxın Şərqdə terrorizm və radikalizmə qarşı mübarizə, informasiya məkanının təhlükəsizliyi, raket əleyhinə müdafiə, Avropa, Asiya-Sakit okean, Mərkəzi Asiya regionlarında təhlükəsizliyin təmin edilməsi, eləcə də dünyanın müxtəlif bölgələrində təhlükəsizliyin gücləndirilməsində hərbi qurumların roluna dair fikir mübadiləsi aparılacaq.

AzVision.az


Teqlər: Müdafiə-nazirliyi   Rusiya  





Xəbər lenti