Məmmədyarov Moskvaya Qarabağ danışıqlarına gedir

Məmmədyarov Moskvaya Qarabağ danışıqlarına gedir
  26 Aprel 2017    Oxunub:1456
Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti əsasında nazir Elmar Məmmədyarov aprelin 28-də Moskvada keçiriləcək Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.
Bu barədə AzVision.az-a XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi müzakirə olunacaq.

Eldar Tanrıverdiyev
AzVision.az<


Teqlər: Azərbaycan   Rusiya   Ermənistan   Qarabağ   XİN  





Xəbər lenti