Gürcüstanda cinayət törədən şəxs Şəmkirdə tutuldu

Gürcüstanda cinayət törədən şəxs Şəmkirdə tutuldu
  26 Aprel 2017    Oxunub:1304
Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə dövlət sərhədinin pozulmasının qarşısı alınıb.
Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, 14.04.2017-ci il tarixdə dövlət sərhədinin pozulması faktı ilə əlaqədar həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gürcüstanda törətdiyi cinayət əməlindən yayınaraq Azərbaycanda gizlənməyə cəhd edən Gürcüstan vətəndaşı, 22.10.1989-cu il təvəllüdlü Xələfov Qəmin Ayvaz oğlu saxlanılıb.

Q.A.Xələfovun gizləndiyi Şəmkir rayonu, Şiştəpə kəndi ərazisində yerləşən balıqçılıq təsərrüfatının inzibati binasına keçirilmiş baxış zamanı ona məxsus 1 ədəd PM markalı tapança, 1 ədəd daraq və 2 ədəd 9 mm patron aşkar olunaraq götürülüb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: DSX   Gürcüstan   Azərbaycan  





Xəbər lenti