"ABŞ bizi bu addımı atmağa vadar edir" - General Şoyqu
“Raket atəşini beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndiririk. Bundan başqa, rəsmi Vaşinqtonun hərəkətləri Suriyada terrorizmlə mübarizə aparan hərbi qulluqçularımızın həyat üçün təhlükə yaradıb. Belə addımlar bizi şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üzrə əlavə tədbirlər görməyə vadar edir”.
Şoyqu bildirib ki, Rusiya Suriyadakı terrorçularla mübarizədə aviasiyanın tətbiqi təcrübəsini tərəfdaşları ilə bölüşməyə hazırdır. Rusiyalı general həmçinin əlavə edib ki, terrorçular qaçqınların arasında gizlənərək dünyanın müxtəlif ölkələrinə gedir və terror aktı törədir.
İlkin Nəcəfzadə
AzVision.az