Sona Qaribyana yeni vəzifə verilib

Sona Qaribyana yeni vəzifə verilib
  26 Aprel 2017    Oxunub:1828
Sona Rudolf Qaribyan Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın baş məsləhətçisi təyin edilib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Qaribyan 1995-ci ildən 1998-ci ilədək Ermənistan Banklar Assosiasiyasında baş mühasib işləyib. Daha sonra, Mərkəzi bankın Maliyyə Nəzarəti İdarəsinin 1-ci şöbəsinin rəisi olub.

O, həmçinin Maliyyə Nazirliyində Maliyyə Nəzarəti şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qaribyan, 2015-ci ilin fevralından Nəzarət Palatası Şurasının üzvüdür. 2016-cı ilin noyabrında yenidən altı il müddətinə Auditorlar Palatası Şuranın üzvü təyin edilib.

Şahin Qocayev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti