3 ayda 5886 nəfər suçiçəyinə yoluxub

3 ayda 5886 nəfər suçiçəyinə yoluxub
  26 Aprel 2017    Oxunub:1301
“Cari ilin üç ayında ölkədə 5886 nəfər suçiçəyinə yoluxub. Ötən il isə bu rəqəm 6628 nəfər olub”.
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, suçiçəyi Azərbaycanda idarəolunmayan infeksiyadır və ona qarşı peyvənd işi aparılmır: “Ona görə də biz bu infeksiyanın yalnız əks-epidemik tədbirlər vasitəsilə azalmasına nail oluruq, xəstəliyin yayılmasının qarşısını alırıq. Amma peyvəndlə idarəolunan xəstəliklərin qarşısını ala bilirik".

A.Əliyeva qeyd edib ki hazırda suçiçəyi daha çox məktəbyaşlı uşaqlar arasında yayılıb: “Bağçalarda belə hallara o qədər də rast gəlinmir. Ancaq heç bir məktəbdə, uşaq müəssisəsində artım qeydə alınmayıb. Suçiçəyinə yoluxma adətən əhalinin sayı çox olan böyük şəhərlərdə rast gəlinir. Ümumilikdə payız-qış aylarında hava-damcı yolu ilə yayılan infeksiyalara yoluxma hadisələrinin sayında artım müşahidə edilir. Yay mövsümünə keçən zaman isə bu xəstəliklərə yoluxma faktlarının sayı azalır”.

Aytən Zəhra
AzVision.az



Teqlər: Xəstəlik  





Xəbər lenti