Türkiyədə FETÖ əməliyyat: 1009 nəfər tutulub

Türkiyədə FETÖ əməliyyat: 1009 nəfər tutulub
  26 Aprel 2017    Oxunub:1521
Türkiyədə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyatlar keçirilib.
AzVision.az “Huriyyet”ə istinadən xəbər verir ki, 81 əyalətdə keçirilən əməliyyatlarda 8500 polis əməkdaşı iştirak edib. Nəticədə FETÖ ilə əlaqədə şübhəli bilinən 1009 nəfər saxlanılıb. Onların arasında keçmiş polis məmurları da var.

Ölkənin daxili işlər naziri Süleyman Soylu saxlanılan şəxslərdən 9-nun “məhrəm imam” olduqlarını bildirib. O, qeyd edib ki, FETÖ-ya qarşı əməliyyatlar davam edəcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Türkiyə   FETÖ  





Xəbər lenti