Peterburq terrorunu “İmam Şamil batalyonu” törədib

Peterburq terrorunu “İmam Şamil batalyonu” törədib
  26 Aprel 2017    Oxunub:2590
Rusiyanın Sankt-Peterburq şəhərində metroda törədilən terror aktına görə məsuliyyəti “İmam Şamil batalyonu” öz üzərinə götürüb. AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, “İmam Şamil batalyonu” terrorçu qruplaşmasının “Əl Qaidə” ilə əlaqəli olduğu bildirilib.
Terrorçuların fəaliyyətinin monitorinqini həyata keçirən “SITE Intelligence Group”un məlumatına görə, metrodakı partlayış terrorçu Akbarjon Cəlilova göstərişlər verən “Əl Qaidə”nin başçısı Ayman Əl Zəvahiri tərəfindən planlaşdırılıb.

Qeyd edək ki, aprelin 3-də Sankt Peterburq metropolitenində törədilən partlayış nəticəsində 14 nəfər ölüb, 50-dən çox sərnişin yaralanıb. Faktla bağlı 10 nəfər həbs edilib. Ölənlərdən biri azərbaycanlıdır.

AzVision.az


Teqlər: Rusiya   Peterburq   Terror  





Xəbər lenti