Türkiyə AŞPA ilə münasibətlərə yenidən baxacaq

Türkiyə AŞPA ilə münasibətlərə yenidən baxacaq
  25 Aprel 2017    Oxunub:1373
Türkiyə Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə münasibətlərə yenidən baxacaq.
AzVision.az "Anadolu" agentliyinə istinadən bildirir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Rəsmi Ankara AŞPA-nın Türkiyəni yenidən monitorinqə cəlb etmək barədə qərarına etiraz edib. XİN AŞPA-nın monitorinqi bərpa etməsini siyasi motivlərə əsaslanan ədalətsiz qərar hesab edir.

Türkiyə XİN eyni zamanda, parlamentariləri ağılla fəaliyyət göstərməyə, dünyəvi fəlakət olan terrorizmə qarşı prinsipial mövqe nümayiş etdirməyə çağırıb. Bəyanatda vurğulanıb ki, bu addım əməkdaşlıq və dialoq ruhuna tamamilə ziddir və yaranmış vəziyyət Türkiyəni AŞPA ilə münasibətlərə yenidən baxmağa məcbur edir.

AzVision.az


Teqlər: Türkiyə   AŞPA   XİN   Ankara  





Xəbər lenti