Cocuq Mərcanlıda mina tapılıb

Cocuq Mərcanlıda mina tapılıb
  25 Aprel 2017    Oxunub:1027
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, gün ərzində kənddə 1 344 ədəd qəlpə, 1 ədəd 122 mm-lik Ş-1 top mərmisinin döyüş başlığı (DTM-75) və 1 ədəd piyada əleyhinə OZM-72 minası aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 37 682 kv.m ərazi yoxlanılıb.

AzVision.az


Teqlər: ANAMA   CocuqMərcanlı  





Xəbər lenti