Cenevrədə erməni saxtakarlığı ifşa edildi

Cenevrədə erməni saxtakarlığı ifşa edildi
  25 Aprel 2017    Oxunub:1765
24 aprel 2017-ci il tarxindəndə Cenevrədə BMT-nin İrqi Ayrı-Seçkiliyin Ləğvi Komitəsinin 92-ci sessiyası öz işinə başlayıb.
AzVision.az xəbər verir ki, 12 may 2017-ci il tarixinə qədər davam edəcək sessiyada 6 dövlətin o, cümlədən Ermənistanın “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi üzrə BMT Konvensiyası üzrə öhdəliklərini yerinə yetirməsi ilə bağlı dövrü hesabatlarına baxılacaq.

Sessiyada iştirak edən Vətəndaşların Əmək Hüquqlarının Liqasının sədri Sahib Məmmədov bildirib ki, Ermənistanın dövrü hesabatı başdan ayağa yalan və saxta məlumatlar əsasında qurulub: “İrqi ayrı-seçkiliyin dövlət siyasəti olduğu ölkənin dövrü hesabatı başqa cür ola da bilməzdi. Bu saxtakarlığı ifşa etmək üçün təmsil etdiyim təşkilat Ermənistanın dövrü hesabatına alternativ hesabat təqdim edib və həmin hesabat BMT İnsan Hüquqları üzrə Ali Komissarın rəsmi veb səhifəsində Ermənistanın hesabatı ilə birgə yerləşdirilib”.

Təşkilat rəhbəri əlavə edib ki, Ermənistan 27-28 aprel tarixlərində dinləniləcək: “Amma biz daha bir fürsətdən yaralandıq. 25 aprel tarixində Komitə üzvləri üçün brifinqdə bəyanatla çıxış etdim və hesabatda sual doğuran bəzi məslələri Komitə üzvlərinin diqqətinə çatdırdım. Bəyanat həmçinin ingilis və rus dillərində komitə üzvlərinə təqdim edildi”.
CERD-İrqi ayrı-seçkliyin ləğvi Komitəsinin 92-ci sessiyası çərçivəsində QHT nümayəndələri üçün təşkil edilən informasiya toplantısı üçün təqdim edilən bəyanatda deyilir:

“Ermənistanın Kütləvi informasiya vasitələri, o cümlədən dövlətə məxsus televiziya və agentliklər, digər media orqanları Azərbaycan xalqı (Azəri türkləri) əleyhinə nifrət oyadan, xalqı aşağılayan verlişlərə və yazılara geniş yer verir. Ermənistan dərsliklərində türk xalqına qarşı nifrəti aşılayan və tarixi keçmişi təhrif olunmuş şəkildə təqdim edən dərs matreallarına geniş yer verirlir.

Avropa İttifaqının Şərq Tərəfdaşlığı Ölkələrinin Parlament Assambleyasının Bakıda keçirilən sessiyasında Azərbaycan hökumətinin irqi-ayrı seçkiliyə aid olan dərs matreallarının müəyyən olunması məqsədi ilə hər iki ölkənin dərsliklərinin araşdırılması ilə bağlı birgə komissiyanın yaradılması ilə bağlı təklifi Ermənistan rəsmi dairələri tərəfindən ignor edilib. Mənşəcə Azərbaycanlı (türk) olan, lakin başqa dövlətlərin vətəndaşları olan azərbaycanlıların (türklərin) ölkəyə girişinə qadağa qoyulmuşdur. Ermənistanla həmsərhəd olan Gürcüstanda Ermənstana bitişik olan rayonların əhalisinin əksəriyyəti (150 000 nəfərdən artıq) etnik azərbaycanlılardir. Gürcüstan vətəndaşları üçün Ermənista vizasız gediş-gəliş olsa da etnik azərbaycanıarın bu ölkəyə girişi qadağandır”.

Qeyd olunub ki, bir qrup Azərbaycan və Erməni ictimai xadimləri ilə birləşərək “Ermənistan-Azərbaycan Sülh Platforması”-nı təsis edib. Bu platformaya qoşulan erməni hüquq müdafiəçiləri və ictimai xadimləri öz ölkələrində təqiblərə məruz qalır: “Belə ki, Dağlıq Qarabağdan olan gənc fəal Lusine Nersisyan Sülh Platformasına qoşulduqdan sonra, erməni güc strukturları tərəfindən saxlanıldı. Bir gün sonra isə azad olunaraq qoşulması haqda təkzib verdi. Platformaya qoşulmuş digər bir gənc Sergey Culakyan Sülh Platformasına qoşulduğu üçün ona qarşı təqiblər artmışdı. Bu səbəbdən də Sergey Culakyan məcbur olub Ermənistanı tərk etmişdi. Bundan əlavə Tamella Arzumanyan Sülh Platformasına qoşulduğu üçün ona və ailəsinə qarşı təqiblər artmışdı. Ailəsi dəfələrlə təhdid olduğu səbəbi ilə məcbur olub ailəsi ilə birlikdə Ermənistanı tərk etmişdi. Azərbaycanla istənilən dialoq və digər təşəbbüslər göstərənlər repressiyalara məruz qalırlar”.

Bildirilib ki, Ermənistan ərazisinda olan minlərlə tarixi, mədəni, arxitektura əhəmiyyətli abidələr tamamilə dağıdılmış, bir qısmı isə rekonstruksiya edilərə ya erməniləşdirilmiş, ya da başqa xalqlara məxsus abidə kimi təqdim edilir: “Toponomik adlar və akronimlər tam dəyişdirilmişdir. Yalnız 1924-1988-ci illər ərzində 1000-dən çox toponomik adlar dəyişdirilmişdir. 2006-cı ildə 57, 20007-ci ildə 21 yaşayış məntəqəsinin adı dəyişdirilmişdir. Hazırda Ermənistan ərazisində bir dənə də olsun Azərbaycan və türk mənşəli topnomik adlar qalmamışdır. Halbuki son 100 ilin əhalinin etnik tərkibinə baxdıqda əhalinin əksəriyyətini Azəri türkləri təşkil etmişdir. 1988-ci ildə son deoprtasiya zamanı Ermənistanı 320000 nəfərdən artıq Azəri türkü tərk etmişdir. Hörmətli Komitə üzvləri Sizlərdən xahiş edirəm ki, Ermənistan Respublikasının rəsmi nümayəndə heyətinə aşağıdakı sualları verəsiz: Ötən yüzillikdə Ermanistan ərəazisizndə ən çoxsaylı milli azlıq Azərbaycanlıar (Azəri terkləri) olmuşdur. Hazırda orda azərbaycanlı yaşamır. Bunun səbəbi nədir?

Ermənistan tərəfi bildirir ki, bildirir ki, Ermənistan tv-lərində həftə ərzində azərbaycan dilində verlişlər ayılır. Hazırda Ermənistanda bir nəfər də azərbaycanlı yaşamadığı halda bu yayım kimin üçündür və nə üçündür və məqsəd nədir? Nəzərinizə çatdırım ki, son deportasiya zamanı 300 000 artıq azərbaycanlı deportasiya olunmuşdur və hazırda orada bir nəfər də azərbaycanlı yaşamır;

Hazərda Ermənistanda yaşayan bütün milli azlıqların cəmi sayı təqribən hazırda Azərbaycanda yaşayan etnik ermənilərin sayə qədərdir. Bu monoetnik siyasətin məqsədi nədir? Ermənistan hazırda regionda yeganə monoetnik ölkədir və ordada tarixən məskunlaşmış xalqların demək olar hamısı müxtəlif vaxtlarda indiki Ermənistan ərazilərindən qovulmuşdur. Hazırda ölkə əhalisinin 98,1 % -ni ermənilər təşkil edir. Beləliklə Ermənistan BMT-nin İrqi-ayrı seçkiliyin bütün formalarının ləşvi haqqında Konvensiyanın bütün müddəalarını pozur və beynəlxalq öhdəliklərinə etinasız yanaşır”-deyə bəyanatda qeyd olunub.

AzVision.az



Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ   Cenevrə   QHT  





Xəbər lenti